Səfər aprelin 30-da başlayacaq
İsrailin xarici işlər naziri Aviqdor Liberman aprelin 30-da Bakıya ikigünlük səfərə gələcək. Bu barədəTuran agentliyinə İsrailin Azərbaycandakı səfirliyi məlumat verib. Səfərin yekinları ilə bağlı mayın 1-də mətbuat konfransı keçiriləcək.
Səfər proqramına prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər daxildir.
Danışıqlar zamanı iki ölkə arasında müxtəlif sahələrdə - kənd təsərrüfatı, səhiyyə, müdafiə sənayesi və qarşılıqlı səfərlərin sadələşdirilməsi - əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Agentiyin məlumatına görə Fələstin probleminə ayrıca baxılacaq. İran-Azərbaycan münasibətlərinə də toxunulacağı istisna olunmur. Belə ki, son zaman canlanan əlaqələr İsraili narahat etməy bilməz.
Bu, Libermanın son iki ildə Bakıya ikinci səfəri olacaq.
Qeyd edək ki, İsrail şirkətləri Azərbaycanla kommunikasiya və rabitə, həmçinin hərbi sahədə fəal əməkdaşlıq edir. Hazırda İsrail Azərbaycan ordusu üçün əsas silah tədarükçülərindən biridir.