7 hədəfə 18 qanadlı raket buraxılıb
Rusiyanın Xəzər dənizindəki gəmilərindən noyabrın 20-də İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirilib.
“Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki 7 hədəfə 18 ədəd qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib”, Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Putinə məruzəaində bildirib.
Məlumatda deyilir ki, Rusiyanın İŞİD-ə qarşı dəniz qrupuna 10 gəmi daxildir. Gəmilərin 6-sı Aralıq dənizindədir.
Müdafiə naziri prezident Vladimir Putinə məruzəsində həmçinin Rusiyanın 29 qırıcı və bombardımançı təyyarəsinin Xəzər dənizi istiqamətindən həyata keçirdiyi uçuşlarla İŞİD-in mövqelərinə hava zərbələri endirdiyini bildirib.