“Məncə, İlham Əliyev prezident seçkisində iştirakı ilə bağlı yekun qərarını verməyib”, o qeyd edib
İyunun 11-də Müsavat başqanı İsa Qəmbər partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. O, Demokratik Qüvvələrin Milli Şurasının fəaliyyəti, müxalif İctimai Palatanın taleyi, hakim Yeni Azərbaycan Partiyasının qurultayının qərarları və başqa məsələlərə toxunub.
“Media forum” saytının məlumatına görə, İsa Qəmbər deyib ki, Müsavat Partiyası iyunun 7-də yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının prezident seçkisinə vahid namizədlə getmək məramına tam dəstək verir: “Biz intellektual şəxslərdən birinin Milli Şuranın vahid namizədi olmasına etiraz etmirik. Bu məsələ ilə bağlı qərar müzakirələrdən sonra veriləcək. Ümid edirəm ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycana gələndən sonra müzakirələr aparıb qərar vermək mümkün olacaq”.
“Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi kimi başqa şəxsin üzərində dayansa, sizin qərarınız nə olacaq” sualını İsa Qəmbər belə cavablandırıb: “Etirazımız olmayacaq, müzakirə edəcəyik”.
Müsavat başqanı Milli Şuranın Rusiya dövlətinin layihəsi olması barədə deyilənlərə münasibət bildirib. O deyib ki, əksinə, indiki hakimiyyət Rusiya dövlətinin layihəsidir və bu, 1993-cü ildən belədir.
İsa Qəmbər müxalif İctimai Palatanın gələcək fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib ki, bu qurum Milli Şuranın fəaliyyəti fonunda bir müddət kölgədə qala bilər: “Çünki İctimai Palatada təmsil olunan bir çox şəxslər Milli Şuranın üzvüdür. İndi əsas diqqət Milli Şuranın fəaliyyətinə yönəlməlidir”.
Müsavat başqanı hakim Yeni Azərbaycan Partiyasının qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizəd göstərilməsinə toxunaraq deyib ki, bu, partiyanın qərarıdır: “Məncə, İlham Əliyev prezident seçkisində iştirakı ilə bağlı yekun qərarını verməyib”.