Accessibility links

Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi [Video & Fotoqalereya]


Milli Şuranın təsis iclası - mövqelər
please wait

No media source currently available

0:00 0:14:20 0:00

Milli Şuranın təsis iclası - mövqelər

Yaxın günlərdə demokratik qüvvələr prezidentliyə vahid namizəd irəli sürəcək

Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri seçilib.

Onun namizədliyini Müsavat Partiyasının lideri İsa Qəmbər irəli sürüb.
R.İbrahimbəyovun namizədliyini DQMŞ təsis konfransının iştirakçılarının əksəriyyəti dəstəkləyib.

R.İbrahimbəyov özü iclasda iştirak etmir və ölkəyə iyunun sonlarında qayıdacaq .

İyunun 7-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mənzil-qərargahında Demokratik Qüvvələrin Milli Şurasının təsis iclası keçirilib.

Milli Şura
Milli Şura
Toplantını Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, professor Cəmil Həsənli açıb. Azərbaycanın himni səslənib. Azərbaycanın ərazi bütövlüyü və demokratiya uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda 97 nəfər iştirak edib. Onlar müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin, elmi və yaradıcı ziyalıların nümayəndələridir.

C.Həsənli deyib ki, DQMŞ-nin yaradılması dərin sosial-iqtisadi problemlər, yüksək korrupsiya, insan haqlarının kütləvi pozulması, Qarabağ məsələsində irəliləyişin olmaması ilə əlaqədar zamanın tələbidir.

İclas iştirakçıları yekdilliklə DQMŞ-nin yaradılmasına səs veriblər. Toplantı DQMŞ-nin Əsasnaməsini, bəyannaməsini və dünya birliyinə müraciət qəbul edib.

Hüquq müdafiəçisi Leyla Yunus təklif edib ki, gündəliyə DQMŞ-dən prezidentliyə vahid namizədin, konkret olaraq Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi daxil edilsin. O təklifini onunla əsaslandırıb ki, bu gün hakim partiya da qurultay keçirir və hakimiyyətdən İlham Əliyevin namizədliyini irəli sürülüb. Bu, zalda coşqun müzakirələrə səbəb olub.

İclasda iştirak edən siyasi partiyaların əksəriyyəti Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini bəyan edib və bu məsələ ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd edilib. Beləliklə, yaxın günlərdə prezidentliyə vahid namizədin irəli sürüləcəyi
barədə razılıq ifadə edilib.

DQMŞ-nin əsasnaməsinə görə, şuranın ali orqanı 2 həftədə 1 dəfədən az olmayaraq keçirilən sessiyadır. DQMŞ sessiyası sədri seçir və sədr sessiyalararası müddətdə orqana rəhbərlik edir.

DQMŞ-yə Müsavat, Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi, Liberal, Açıq Cəmiyyət, Aydınlar, İslam, Böyük Azərbaycan, Milli Birlik partiyalarının, EL hərəkatının lider və fəalları daxildir. Bundan əlavə, Milli Şuraya siyasi məhbuslar da daxildir. Milli Şuranın elan edilmiş üzvlərinin sayı 129 nəfərdir. Onlardan 97-si ilk iclasda iştirak edib. Üzvlərin bir neçəsi həbsdədir.
XS
SM
MD
LG