Milli Şuranın təsis iclası - mövqelər
Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri seçilib. Onun namizədliyini Müsavat Partiyasının lideri İsa Qəmbər irəli sürüb. R.İbrahimbəyovun namizədliyini DQMŞ təsis konfransının iştirakçılarının əksəriyyəti dəstəkləyib. R.İbrahimbəyov özü iclasda iştirak etmir və ölkəyə iyunun sonlarında qayıdacaq . İyunun 7-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mənzil-qərargahında Demokratik Qüvvələrin Milli Şurasının təsis iclası keçirilib. Toplantını Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, professor Cəmil Həsənli açıb. Azərbaycanın himni səslənib. Azərbaycanın ərazi bütövlüyü və demokratiya uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda 97 nəfər iştirak edib. Onlar müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin, elm və yaradıcı ziyalıların nümayəndələridir.
Episodes
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası
-
Dekabr 24, 2024
Ötən həftə Kyiv ballistik raket zərbələrinə tuş gəlib
-
Dekabr 24, 2024
Tbilisidə ukraynalı qaçqınların milad yarmarkası