İranda 5 nəfər edam edilib

Edam

Onlar adam öldürməkdə və təcavüzdə ittiham ediliblər
Mayın 13-də İranda 5 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətində qəsdən adam öldürməkdə və təcavüzdə günahlandırılan Salmas şəhərinin sakini 37 yaşlı Məcid Cəliliyan mayın 13-də səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında edam edilib. Həmin gün Vəhid Pejvəhidə, Qadir Anbari və Aslan Əmuyi Milan da dara çəkilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Bundan əlavə, İranın Simnan vilayətində də bir məhbus qətldə ittiham edilərək dara çəkilib. Onun ad və soyadının yalnız baş hərfləri qeyd olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən mayın 15-də Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.