Accessibility links

Urmiyə zindanında dörd nəfər edam edilib


Urmiyə həbsxanasında edam
Urmiyə həbsxanasında edam
İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi Urmiyə zindanında qətl ittihamı ilə mühakimə edilimiş dörd nəfərin asılaraq edam edildiyini bildirib.

Edamlarla bağlı dekabrın 16-da məlumat yayan HRA agentliyinə istinadən, edamlar bir həftə öncə həyata keçirilsə də, İranın məhkəmə orqanları bu günə qədər mövzu ilə bağlı hər hansı məlumat nəşr etməyib.

Urmiyənin mərkəzi zindanında qətl ittihamı ilə əlaqədar edama məhkum olmuş təxminən 170 məhbusun saxlanıldığı bildirilir.

İnsan haqları təşkilatlarının nəşr etdiyi hesabata görə, mötədil siyasətçi kimi tanınan Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən edam hökmlərinin sayı kəskin artıb.

Həmin müddətdə əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə əlaqədar olmaqla, İranın Azərbaycan şəhərlərində 100 nəfərdən artıq məhbusun edam edildiyi ilə bağlı xəbərlər yayılıb.
XS
SM
MD
LG