İranın rəsmi mətbuatı ölkə rəhbərliyi daxilində qarşılıqlı tənqidlərə yer verib

İranın rəsmi mətbuatı ölkə rəhbərliyi daxilində qarşılıqlı tənqidlərə yer verib

Deyildiyinə görə Prezident Əhmədinejad bazar günü dini liderlərin qarşısındakı çıxışında bir neçə dəfə Sadiq Laricanini tənqid etmişdi. Prezident aparatının rəhbəri Cəfər Behdad Ədliyyə naziri Sadiq Laricaninin qardaşı və Milli Məclisin sədri Əli Laricani haqqında tənqidi məqalə yazdığına görə cəzalandırılıb

Keçən istirahat günlərində İran prezidenti Mahmud Əhmədinejadla Ədliyyə naziri Sadiq Laricani arasında söz deyişməsi baş vermiş və İran mətbuatı onların arasındakı mübahisələri barədə qeyri-adi olaraq məlumat vermişdi. Deyildiyinə görə Prezident Əhmədinejad bazar günü dini liderlərin qarşısındakı çıxışında bir neçə dəfə Sadiq Laricanini tənqid etmişdi. Prezident aparatının rəhbəri Cəfər Behdad Ədliyyə naziri Sadiq Laricaninin qardaşı və Milli Məclisin sədri Əli Laricani haqqında tənqidi məqalə yazdığına görə cəzalandırılıb. Tehran press-in bildirdiyinə görə Laricani cənab Əhmədinejadın tənqidi çıxışını “ yersiz ” adlandırıb. O deyib ki, prezident “təmkinli, layaqətli və ədalətli” şəkildə danışmalıdır.

Laricani qardaşları ilə prezident Əhmədinejad arasındakı gərginlik bir neçə aydan bəri diqqəti cəlb edib. Parlamnetin sədri Əli Laricani Milli Məclisin sessiyasında prezidentin iqtisadi siyasətini dəfələrlə tənqid edib. O deyib ki, əgər hökumətin yüksək vəzifəli rəsmiləri qanuna və parlamentin konstitusiyon hüququna qarşı çıxsalar onda parlamentin hüquqi vasitələrdən istifadə ilə onları vəzifədən kənarlaşdırma hüquq var.

İranın sabiq prezidenti və hazırda Parisdə mühacirətdə yaşayan Əbülhəsən Bəni Sədr deyir ki, cənab Əhmədinejadla İranın digər yüksək vəzifəli rəsmiləri arasındakı mübarizə ölkənin iqtisadi vəziyyətinin pisləşməsilə bağlıdır. Cənab Bəni Sədr həmçinin bildirib ki, gərginliyin səbəblərindən biri də İranın qüdrətli İnqilab qvardiyasının Ali dini rəhbər Əli Xameneinin keçən ilin mübahisəli prezident seçkilərində Əhmədinejadı dəstəkləməsindən narazılığıdır.

Vaşingtondakı Yaxın Şərq institutunun siyasi təhlilçisi, İranda anadan olan Aleks Vatanka deyir ki, Ali dini rəhbər ölkənin güc strukturları arasında mövqeyinin zəiflədiyinə görə narahatdır. Onun fikrinə görə ali dini rəhbər Əhmədinejadın və ya başqa bir rəhbərin o qədər də güclənməsini istəmir, buna görə də o Əli Laricaniyə prezidentin üzünə durabilməsi üçün lazımı imkanı verir. Aleks Vatanka həmçinin bildirib ki, göründüyü kimi, İran liderləri arasındakı siyasi çəkişmə Birləşmiş Ştatların prezidenti Barak Obamanın Tehranla yaxınlaşmaq planlarını daha da çətinləşdirir. Keçən həftə prezident Obama jurnalistlərlə görüşü zamanı İranla danışıqların aparılması arzusunu yenidən təkrar edərək demişdi ki, onun fikrincə beynəlxalq iqtisadi sanksiyalar İranı iqtisadi cəhətdən sıxışdırmağa başlayıb.