İran mediası silahlı qüvvələrin İranın hava hövzəsini pozduğu iddia edilən ABŞ-a məxsus pilotsuz kəşfiyyat təyyarəsini vurub saldığı haqda xəbər verib.
Silahlı qüvvələrin rəsmilərinə istinadən verilən xəbərlərdə kəşfiyyat təyyarəsinə böyük zərərin dəyməyib və İran hərbi qüvvələrinin hazırda təyyarə saxladığı deyilir. Mətbuatın verdiyi məlumatlara əsasən, İran silahlı qüvvələri ABŞ-ın pilotsuz idarə olunan kəşfiyyat təyyarəsini ölkənin şərqində vurub salıb. Hadisənin nə zaman baş verdiyi haqda məlumat verilmir.
Vaşinqtonda rəsmilər hələlik bu məlumatları şərh etməyib. NATO keçən həftə operatorların Əfqanıstanın qərb bölgəsi üzərində uçan pilotsuz kəşfiyyat təyyarəsinə nəzarəti itirdiyini bildirib. Alyans bu gün bildirib ki, İranın işarə etdiyi təyyarə radardan itən həmin o təyyarə ola bilər, çünki NATO rəsmiləri təyyarənin statusu haqda hələ açıqlama verməyib.
İyul ayında İranın dövlətə məxsus mətbuatı parlament üzvünə istinadən silahlı qüvvələrin Fordu nüvə obyektinin yaxınlığında ABŞ-ın kəşfiyyat təyyarəsini vurub saldığı haqda məlumat vermişdi. İranın İnqilabi Qvardiyası sonradan məlumatı təkzib etmişdi.