İsmayıl Əhmədi Müqəddəm prezidentliyə namizədliyi rədd olunmuşlardan danışıb
Mayın 24-də “Əmnsari hizbullah” qüvvələri qarşısında çıxış edən İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm prezidentliyə namizədliyi rədd olunmuşlardan danışıb.
“Media forum” saytının məlumatına görə, İsmayıl Əhmədi Müqəddəm deyib ki, onun başçılıq etdiyi qüvvələr iyunun 14-də keçiriləcək prezident seçkisinə hər hansı xələl gətirilməsinə imkan verməyəcək: “İran hüquq mühafizə qüvvələri prezidentliyə namizədliyi rədd olunmuş namizədlərin tərəfdarlarının hər hansı küçə iğtişaşlarının qarşısını qətiyyətlə alacaq. Qüvvələrimiz tam hazır vəziyyətdədir və güman edirəm ki, narahat olmağa heç bir əsas yoxdur”.
İran Daxili İşlər Nazirliyi mayın 21-i axşam saatlarında Konstitusiyaya Nəzarət Şurasının prezidentliyə namizədliyini təsdiq etdiyi 8 namizədin adından ibarət siyahını yayıb. Həmin siyahıda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani və İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin adları yoxdur və şura onların prezidentliyə namizədliyini rədd edib.
Prezidentliyə namizədliyi qeydə alınanlar bunlardır: Qulaməli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmmədrza Arif, Məhəmmədbağır Qalibaf, Məhəmməd Qərəzi, Əli Əkbər Vilayəti.