İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, Tehran özünün mübahisəli nüvə programına dair danışıqları avqust ayına qədər təxirə salacaq. O, bu qərarı İrana qarşı tətbiq edilən yeni iqtisadi sanksiyalarla əlaqələndirib. Prezident Əhmədinejad bu gün müxbilərə deyib ki, geçikdirmə qərarı cəza mahiyyəti daşıyır ki, qoy Qərb dövlətləri İranla dialoq aparmaq barədə dərs alsınlar. Bundan öncə İran ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbərinin İranın nüvə proqramı barədə dediklərini psixoloji müharibə adlandırıb. Belə ki, bir gün əvvəl CIA rəhbəri Leon Panetta İranın iki nüvə silahı istehsalı üçün kifayət qədər materialı olduğunu bildirmişdi. İran xarici işlər nazirliyinin sözçüsü deyib ki, Panettanın açıqlaması İranın nüvə proqramı haqqda mənfi təsəvvür yaratmaq məqsədi daşıyır.
ABŞ kəşfiyyatının rəhbəri Leon Panetta İranın iki nüvə silahı istehsalı üçün kifayət qədər materialı olduğunu bildirir