ABŞ-ın Energetika naziri Stien Çu İranı nüvə fəaliyyətlərinə görə tənqid edib. İran uran zənginləşdirilməsi əməliyyatlarının bri hissəsini yeraltı bunkerdə həyata keçirir. Qərb ölkələri bunun nüvə başlığı isthsalına başlamaq üçün ilk addım olduğundan ehtiyat edir. İranın vitse-prezidenti Firudun Abbasi Dagani Qərb ölkələrini düşmənçilikdə ittiham edərək, İranın öz proqramını xarici müdaxilədən qorumağa çalışdığını bildirib. Bu, bir həftə ərzində ikinci dəfədir ki, Obama administrasiyası İranı nüvə ambisiyaların görə tənqid edir.