BMT-nin nüvə agentliyinin başçısı İranın nüvə ambisiyalarından narahatdır

  • Amerikanın səsi

BMT-nin nüvə agentliyinin başçısı İranın nüvə ambisiyalarından narahatdır

BMT-nin nüvə agentliyinin başçısı İranın mübahisəli nüvə proqramı ilə bağlı yeni kəşfiyyat məlumatları ilə əlaqədar narahatlığını bildirib. Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Yukiya Amano idarə heyətinin beş gün sürəcək iclasından əvvəl bu gün deyib ki, agentlik Tehranın mümkün nüvə başlıqları təcrübələrindən narahatdır. O əlavə edib ki, İranın əvvəllə müqayisədə daha artıq “şəffaflıq”nümayiş etdirməsinə baxmayaraq, nüvə məsələlərində BMT agentliyi ilə lazımi səviyyədə əməkdaşlıq aparmır.