İsrailin baş naziri Benyamin Netənyahu İrana qarşı beynəlxalq sanksiyaların nəticələrini gözləyəcəyini və İsrailin İranın nüvə obyektlərinə yaxın zamanlarda hücum etmək fikri olmadığını bildirib.
Cümə axşamı İsrail televiziyasında çıxış cənab Netanyahu məsələnin sülh yolu ilə həll olmasının tərəfdarı olduğunu deyib. Lakin o, əlavə edib ki, ölkəsi İranın nüvə silahı əldə etməsinə imkan verəməyəcək. O, bu şərhləri Vaşınqtona səfərdən qayıtdıqdan bir gün sonra edib.
ABŞ-da olduğu zaman cənab Netanyahu İranın nüvə proqramının qarşısını almaq üçün diplomatiya və sanksiyaların nəticələrini artıq gözləyə bilmədiyini deyib.
Çıxışında İran məsələsində ABŞ-la İsrail arasında fərqdən söz açan cənab Netanyahu bildirib ki, İsrail İranın nüvə təhlükəsini ABŞ-dan daha aydın görür və hiss edir.