İran hökuməri Liviya müxalifətinin Milli Keçid Şurası ilə ilk dəfə olaraq formal əlaqə yaradıldığını elan edib. Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda deyilir ki, Xarici İşlər naziri Əli Əkbər Salehi Milli Keçid Şurasının lideri Mustafa Əbdül Cəlili ilə iktərəfli əlaqələr və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib. Bəyanatda bildirilir ki, telefon söhbəti zamanı Cəlili həmçinin Tehran və Tripoli arasında əlaqələrin inkişaf etdirilməsinə çağırıb. Bəyanatda Cəlilinin 1978-ci ildə Liviyada İran mənşəli imamın itkin düşməsilə əlaqədar fəaliyyət göstərməyə söz verdiyi qeyd edilir. Əhalisinin əksəriyyəti şiə olan İran və Müəmmar Qəzzafi rejimi arasında münasibətlər İmam Musa Sədrin itkin düşməsindən sonra gərginləşmişdi. Livanlı şiə lider Qəzzafi hökumətinin liderləri ilə görüşməli idi. Livan şiələri onun yoxa çıxmasında cənab Qəzzafini günahlandırırdı.