İran rəsmiləri bloggerə uzun müddətli həbs cəzası verib

  • Amerikanın səsi

İran rəsmiləri bloggerə uzun müddətli həbs cəzası verib

İnsan haqları qrupları və Məşreq veb səhifəsi bildirir ki,İran rəsmiləri Tehranda internetdə blogger hərəkatı yaradan Kanadalı iranlını 19 ildən çox həbs cəzasına məhkum ediblər. İnsan Hüquqlarına dair Beynəlxalq kampaniya və Məşreq xəbər agentliynin verdiyi məlumata görə, Hüseyn Dərəxşan təbliğat yaymaq və düşmən ölkələrlə əməkdaşlıq etməkdə ittiham edilərək, 19 illik həbs cəzası alıb. Bu ayın əvvəli Derəxşanın ailəsi onun İsrailin xeyrinə casusluq etmək də daxil olmaqla, bis sıra ittihamlarla ölüm cəzasına məhkum edildiyini bildirmişdi. Dərəxşan fars dilində yaratdığı ilk bloqda İranın siyasi və dini rəhbərliyini tənqid edərək, demokratik islahatlara dəstəyini bildirmişdir.