BMT-nin yüksək səviyyəli nümayəndələri İranın nüvə proqramı ilə bağlı narahtlıqları müzakirə etmək üçün bu ay ölkəyə səfər edəcək.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi Əli Əsgər Sultaniyə BMT nümayəndə heyətinin agentlyi maraqlandıran sualları müzakirə etmək üçün yanvarın 29-dan 31-ə qədər Tehrana səfər edəcəyini bildirib. O deyib ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini Herman Nakaertisin başçılığı ilə nümayəndə heyətini qəbul etməsi İranın nüvə fəaliyyətlərinin şəffaflığı və BMT ilə təəhhüdlərə əməl etməsinə işarədir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin keçən il noyabr ayında açıqladığı hesabatda İranın nüvə silahları istehsalı sahəsində araşdırmalar apardığına dair dəlillərin olduğu bildirilmişdi. İran hesabatın uydurma olduğunu və nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.