Accessibility links

ABŞ: İran beynəlxalq öhdəliklərinə əməl etmir


ABŞ: İran beynəlxalq öhdəliklərinə əməl etmir
ABŞ: İran beynəlxalq öhdəliklərinə əməl etmir

ABŞ İran hökumətinin Qum şəhəri yaxınlığında ikinici uran zənginləşdirmə obyektini açması qərarını tənqid edib.

Dünən açıqlanan bəyanatda dövlət katibi Hillari Klinton deyib ki, bu addım BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında götürdüyü öhdəliklərə cavab vermir.

Xatırladaq ki, İran hava zərbələrindən müdafiə edilən yeraltı obyektdə ikinci uran zənginləşdirilməsi qurğusunu işə salıb. Bu barədə məlumatı nüvə proqramı monitorinq qrupuna yaxın diplomatlar yayıb.

Sentrifuqalar bu gün Fordo obyektində 20 faiz uran zənginləşdirməyə başlayıb.

İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxnlığındakı dağlıq bölgədə yer altındadır.

Qərb İranın uran zənginləşdirilməsi proqramının nüvə silahları istehsalı üçün nəzərdə tutulduğundan şübhələnir. Bu məlumat narahatlıqların artmasına səbəb olub. İran isə onun dinc mahiyyət daşıdığında israr edir.

XS
SM
MD
LG