Şimali Koreya cənuba xəbərdarlıq etdi

  • Amerikanın səsi

Şimali Koreya cənuba xəbərdarlıq etdi

Şimali Koreya xəbərdarlıq edib ki, əgər planlaşdırılan Cənubi Koreya təlimləri şimalın ərazi sularına adlasa onda cavab tədbirləri görüləcək.

Şimalın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin açıqladığı bəyanat Sarı Dəniz sərhədi yaxınlığındakı beş adanın sakinlərinə evakuasiya olunmağı tövsiyə edib. Pxenyandan yayımlanan radio açıqlmasında bildirilir ki, əgər şimalın nəzarət etdiyi sulara daxil olunsa, onda Pxenyan “dərhal və amansız” əks-hücuma keçəcək.

Cənubi Koreya mütəmadi qaydada sərhəd adalarında artilleriya təlimləri keçirir. 2010-cu ilin noyabrında düzənlənən oxşar təlim Şimali Koreyanın cənubu bombardman etməsi ilə nəticələnmişdi. İnsident Yeonpyeonq adasında baş vermişdi.

Seulun yarı-rəsmi Yonhap xəbər agentliyi Cənubi Koreyanın hərbi qərargahlar idarəsinin rəsmisinə istinad edərək xəbərdarlığa baxmayaraq ABŞ və Cənubi Koreyanın birgə planlaşdırdığı təlimin keçiriləcəyini təsdiq edib.