Cənubi Koreya Şimali Koreya ilə mübahisəli dəniz sərhədi yaxınlığında hərbi təlim keçirib.
Təlimlərdə artilleriya, minamyot və helikopterlərdən istifadə olunub. Təlimin keçirildiyi Sarı Dəniz məkanı ötən il Şimali Koreyanın artilleriya hücumuna səhnə olmuşdu. Həmin hücumda dörd cənubi koreyalı həlak olmuşdu.
Şimali Koreya dövlət televiziyası kommunist dövlətin dəniz hüdudları pozulduğu halda Seulu "amansız" əks-hücumla hədələyib. Şimal həmçinin beş sərhəd adasında yaşayan sakinləri mümkün bombardmandan qurtulmaq üçün evakuasiya olunmağa çağırıb.
Hələlik Şimali Koreya bir addım atmayıb.