İlqar Nəsibovun döyülməsi ilə bağlı cinayət işi qaldırılıb

Ilqar Nəsibov

O,zərərçəkən kimi tanınıb. Hüquq müdafiəçisi cinayət işinin çox yüngül maddə ilə qaldırıldığını deyib

Avqustun 21-də bir qrup şəxs tərəfindən Naxçıvanda döyülmüş hüquq müdafiəçisi İlqar Nəsibov sentyabrın 4-də Naxçıvan şəhər Polis İdarəsinə dəvət edilib və zərərçəkmiş kimi tanınıb.

O, 2 saat ərzində baş verənlər haqqında ifadə verib. “Mənə deyiblər ki, mən zərərçəkmiş kimi tanınmışam və fakt üzrə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu, yüngül bədən xəsarətləri yetirilməsini nəzərdə tutan çox yüngül maddədir”, Nəsibov Turan agentliyinə bildirib.

İstintaqın münasibəti və verilən suallar belə bir təəssürat yaradır ki, hadisəni ciddi şəkildə araşdırmaq niyyətində deyillər. Xüsusən, istintaq hüquq müdafiəçisinə hücum edənlərin sayının çox olduğunu etiraf etməkdən imtina edir. “Onlar məni ofisə daxil olaraq döyən çox sayda insanın qarabasma olduğuna inandırmağa çalışırdılar”, o qeyd edib.

Öz növbəsində, o, baş verənlərin təfsilatını açıqlayaraq bildirib ki, onu döyməkdə ittiham edilən Fərid başını əllərinin arasına alaraq ağlayır və deyirdi: “Onlar sənə nə etdilər, bütün bunları sonra mənim üstümə atacaqlar!”.

Nəsibov həmçinin Naxçıvan Daxili İşlər Nazirliyinin guya onun sərxoş olması və insidentin iki sərxoş arasında davanın nəticəsi olması haqqında rəsmi məlumatına görə izahat tələb edib. “Nə ekspertiza, nə həkimlər, nə istintaq mənim alkoqol sərxoşluğu vəziyyətində olduğumu müəyyən etməyib. Bu, həmçinin cinayət işi açılan gülməli maddə göstərir ki, obyektiv araşdırma gözləməyə dəyməz”, o bildirib.

Xatırladaq ki, Nəsibov Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.