Accessibility links

İlqar Nəsibov müalicə üçün Türkiyəyə aparılıb


Ilqar Nəsibov
Ilqar Nəsibov

Naxçıvan Daxili İşlər Nazirliyi açıqlama yayaraq insidentin məişət zəminində baş verdiyini bildirib

Avqustun 21-də Naxçıvanda döyülərək ağır xəsarətlər alan hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibov şənbə günü müalicə üçün Türkiyəyə yola düşüb.

Turan agentliyinin məlumatına görə yerli vaxtla saat 15:00-a yaxın İlqar və Məlahət Nəsibovlar Naxçıvan-Türkiyə sərhədini keçiblər.

Orada onları təcili yardım maşını gözləyib.

Onlar Türkiyənin Van şəhərinə yola düşüblər. İ.Nəsibov bu şəhərdəki klinikalardan birində müalicə olunacaq.

Nəsibovlar Naxçıvandan çıxarkən hər hansı problemlə üzləşməyiblər.

İlqar Nəsibov avqustun 21-də axşam saatlarında qəddarcasına döyülüb.

Naxçıvan Daxili İşlər Nazirliyi açıqlama yayaraq insidentin məişət zəminində baş verdiyini bildirib.

Bununla belə cinayət işinin açılıb-açılmadığını deməyib.

Yerli və beynəlxalq demokratik ictimaiyyət bu hadisəyə etirazını bildirib, bunu hakimiyyətin Naxçıvanda insan hüquqlarının pozulması faktlarının açıqlanmasına görə qisas kimi qiymətləndirib.

XS
SM
MD
LG