Hüston təşkilatının Qarabağa səfər planı rəaksiyalara səbəb olub

  • Bulut Mehmandarli

Xankəndi

Texasın Hüston şəhərinin nüfuzlu təşkilatlarından olan Dünya Məsələləri üzrə Şura üzvləri üçün gələn il müxtəlif ölkələrə təşkil edəcəyi səfərlərin siyahısına Ermənistanı və Qarabağı da salıb.

ABŞ-dakı Azərbaycan və Türk təşkilatları 2012-ci ilin İyun ayında keçirilməsi nəzərdə tutulmuş səfərə Qarabağın daxil edilməsinə xüsusilə rəaksiya göstərmişlər. Həmin təşkilatlar internet saytlarında üzvlərini və tərəfdarlarını adı çəkilən təşkilata məktub göndərib plana etirazlarını bildirməyə çağırmışlar.

Mərkəzi Vaşinqtonda yerləşən Amerika Türk Dərnəkləri Assambleyası Dekabrın birində “İşğal olunmuş Azərbaycan ərazilərinə Hüston WAC-nın planlaşdırdığı səfərə Xeyr” başlığı ilə Azərbaycan və Türk diaspora üzvlərinə müraciətində onları WAC-ın Qarabağa səfərinə qarşı səslərini ucaltmağa çağırıb. Müraciətdə Azərbaycan və Ermənistanın xəritələrinə də yer verilmiş və onların altında Qarabağın Azərbaycan ərazisi olduğuna işarə edilmişdir. Başqa təşkilatlarda Dünya Məsələləri Üzrə Şuranın Hüston şöbəsinə göndərilmək üzrə məktub nümunələri yaymışlar.

Azərbaycan və Türk təşkilatları yaydıqları məlumatlarda Qarabağın Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədləri daxilində olmasını xatırlarmışlar. Amerika Türk Dərnəkləri Assambleyası WAC kimi bir nüfuzlu qeyri-hökumət təşkilatının Azərbaycanın əlaqədar dairələrinin açıq- aydın icazəsi olmadan, işğal altındakı Azərbaycan ərazilərinə belə bir səfər təşkil etməyi planlaşdırmasının Azərbaycanın suverənliyinə, bötövlüyünə və xalqına təhqir sayıldığını bildirmişdir.

Bunu da xatırladaq ki, WAC-ın Hüston şöbəsi bu ilin Oktyabr ayında Ermənistana ayrı bir səfər təşkil etmişdi (http://www.wachouston.org/wac/Armenia_Trip_2011.asp?SnID=1560690166).

Təşkilat gələn il Özbəkistan da daxil İpəkyolu üzərindəki ölkələrin bəzilərinə, Birmaya, Türkiyəyə, Şimalı və Cənubi Koreyaya da səfərlər planlaşdırır.

Hüston və Bakı şəhərləri hələ Sovetlər vaxdında qardaş şəhər olmuşdular.

“Houston Chronicle” qəzetinin 2007-ci ilin 28 Aprel tarixində çıxan nömrəsində Azərbaycanın Amerikada səfiri təyin edilən Yaşar Əliyevin Hüstonun Dünya Məsələləri Üzrə Şurasının qarşısındakı çıxışına yer verilib. “Azərbaycan Səfiri Dost Əlini Uzatdı” başlıqlı xəbərdə Yaşar Əliyevin çıxışında ölkəsinin tarixi və ticarət imkanları barədə danışdığı və1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi və Azərbaycana dövlətdən dövlətə yardımı qadağan edən Azadlığı Müdafiyə Aktına Düzəlişi təngid etdiyi yazılıb.