Ağ Ev Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Azərbaycanın Müstəqilliyinin 20-ci ildönümü münasibətilə bəyanatını açıqlayıb.
Bəyanatda deyilir:”Amerika xalqı adından Azərbaycanda, ABŞ-da və bütün dünyada Azərbaycanın Müstəqillik gününü qeyd edən insanlara ən xoş arzularını çatdırmaq istəyirəm. Müstəqilliyinin 20-ci ilində Azərbaycanın bu müddət ərzində nailiyyətləri Azərbaycan xalqının böyük ümidləri olduğunu və fövqəladə qətiyyətini nümayiş etdirir. Birləşmiş Ştatlar Azərbaycanın hökuməti və xalqı ilə birgə işi davam etdirmək üçün daha geniş imkanların inkişaf etdirilməsi əzmindədir.”