Güneyli tarixçi son kitabı haqda danışır
Son illərdə bəzi tarixi dövrlər və şəxsiyyətlər haqqında yaydığı kitablar və məqalələri ilə Azərbaycan mediasında polemikalara yol açan güneyli araşdırmaçı Güntay Gəncalp Amerikanın Səsi ilə müsahibədə Bakıda nəşr etdiyi yeni kitabı haqda danışıb. Yazar həmçinin Azərbaycan toplumunda fərqli tarix anlayışlarını irəli sürənlərə qarşı muxtəlif yanaşmalar o cümlədən mərhum Əbülfəz Elçibəyin münasibətləri haqqında düşüncələrini şərh edib.
Gəncalpın Hürufilik nədir, nə deyildir? adlı kitabı Azərbaycan Respublikasının Alatoran Yayınları tərəfindən nəşr edilib. Kitabda 14-15-ci əsrlərdə Azərbaycan, Anadolu və İranda yayılan Hürufilik təriqətinin mahiyyəti, onun İran millətçiliyi ilə əlaqələri, eləcə də müasir Azərbaycan tarixçiliyinin Hürufilər və Hürufiliyə baxışı müzakirə edilib.
Güneyli yazarın dediklərinə görə, Hürufilərin təbliğ etdikləri İran-Fars millətçiliyi anlayışı bugünki Azərbaycan tarixçiləri tərəfindən idrak edilməməkdədir.
“Azərbaycan və İran tarixçiliyində Hurufilik üzərində tənqidi yanaşma yoxdur, bu təriqətdə sadəcə ifitixar qaynağı axtarılıb. Hurufiliyi humanist bir cərəyan kimi təqdim ediblər, amma bu cərəyanın humanizmlə əlaqəsi olmamışdır...,” deyə Güntay Gəncalp qeyd edib.
Əvvəllər şeir və ədəbiyyat sahəsində fəaliyyət göstərmiş Finlandiyada mühacirətdə yaşayan yazar son vaxtlarda artıq tarix haqqında kitablar və məqalələr yaymağa başladığının səbəblərini də şərh edib.
Güntay Gəncalp həmçinin Azərbaycandakı umumi tarix anlayışı ilə fərqli görüş sahiblərinə münasibətləri dəyərləndirərək, özünə qarşı bəzi aşağılayıcı təpkilərdən söz açıb. O Azərbaycanın sabiq prezidenti mərhum Əbülfəz Elçibəyin tarixi görüşlərini tənqid edib, ancaq onun fərqli görüşlərə müsbət baxdığını vurğulayaraq onun yüksək şəxsiyyətə malik olduğunu qeyd edib.
Hürufilik nədir, nə deyildir? kitabında görkəmli şair Məhəmməd Füzulinin dünya görüşü ilə bağlı bölümlərə də yer verilib. Müəllif Füzulinin düşüncələri ilə Hürufilərin görüşlərini müqayisə edərək, arif şairin rədd etdiyi Hürufi düşüncələrinə işarə edib.
Your browser doesn’t support HTML5
Gəncalpın Hürufilik nədir, nə deyildir? adlı kitabı Azərbaycan Respublikasının Alatoran Yayınları tərəfindən nəşr edilib. Kitabda 14-15-ci əsrlərdə Azərbaycan, Anadolu və İranda yayılan Hürufilik təriqətinin mahiyyəti, onun İran millətçiliyi ilə əlaqələri, eləcə də müasir Azərbaycan tarixçiliyinin Hürufilər və Hürufiliyə baxışı müzakirə edilib.
Güneyli yazarın dediklərinə görə, Hürufilərin təbliğ etdikləri İran-Fars millətçiliyi anlayışı bugünki Azərbaycan tarixçiləri tərəfindən idrak edilməməkdədir.
Azərbaycan və İran tarixçiliyində Hurufilik üzərində tənqidi yanaşma yoxdur, bu təriqətdə sadəcə ifitixar qaynağı axtarılıb. Hurufiliyi humanist bir cərəyan kimi təqdim ediblər, amma bu cərəyanın humanizmlə əlaqəsi olmamışdır.Güntay Gəncalp