Accessibility links

Güntay Gəncalp: Keçmişə qapılmaq olmaz [Audio]


Güntay Gəncalp
Güntay Gəncalp
“Bir millətdə yaradıcılıq durduğu zaman o millətin duyğularını təmin edən yeni şeylər olmur, buna görə də keçmişindən yapışır. Mədəniyyətə yeni şeylər artırılırsa, belə dartışmalar da azalar,” deyə araşdırmaçı yazar Güntay Gəncalp Amerikanın Səsinə müsahibədə bildirib. O, bu şərhi Nizami Gəncəvinin hansı ölkəyə məxsus olması barədə son zamanlar qızışan mübahisəyə reaksiya olaraq verib.

Güntay Gəncalp: Keçmişə qapılmaq olmaz
please wait

No media source currently available

0:00 0:16:12 0:00
Direct link

Bəzi tarixi şəxsiyyətlər, mədəni məhsullar o cümlədən mahnılar, bayramlar ya tarixi münasibətlər və hətta ənənəvi yeməklərin bir neçə xalq tərəfindən mənimsənməsi bu cəmiyyətlərin fərdləri arasında qızğın münaqişələr ortaya çıxara bilir. Güntay Gəncalpın sözlərinə görə, bölgə xalqları öz tarix və mədəniyyətləri ilə qürur duymaq istədikləri üçün digər xalqlar tərəfindən mənimsənən tarixi şəxsiyyətlər ya mədəni məhsullarla bağlı xeyli həssas olurlar.

Bu Azərbaycan Respublikasındakı yanlış adlandırmadan irəli gəlir və Stalinizmin davamıdır. Stalinizm bizim adımızı türkdən azərbaycanlıya çevirdi. Azərbaycanlının mənası başqadır.
O, həmçinin belə müzakirələrdə bəzən ‘Türk’ sözü yerinə ‘Azərbaycanlı’ sözünün işlədilməsinin doğru olmadığını bəyan edir: “Bu Azərbaycan Respublikasındakı yanlış adlandırmadan irəli gəlir və Stalinizmin davamıdır. Stalinizm bizim adımızı türkdən azərbaycanlıya çevirdi. Azərbaycanlının mənası başqadır. Azərbaycanlı sözü deyilirsə ilə, o zaman onunla bərabər misal üçün erməni sözü deyil ermənistanlı sözü işlədilməlidir.”

“Şairlər və yazarlar hansı millətə bağlı olduqlarına baxmayaraq yazdıqları dilə mənsubdur,” deyə söyləyən güneyli yazar son günlərdə Nizami Gəncəvinin türkcə divanını oxuduqdan sonra görkəmli şairlə bağlı fikrinin dəyişdiyini bəyan edib. Onun haqqında danışdığı kitab Tehranda “əndişə-yi növ” nəşriyyatı tərəfindən çap olmuş güneyli ədəbiyyatçı Sədyar Vəzifənin (Eloğlu) hazırladığı Nizami Gəncəvinin türkcə divanıdır.

Computer HopeCənab Gəncalp sentyabrın 6-da Azadlıq Radiosunun yayımladığı bir debatda hər şairin yazdığı dilə mənsub olduğunu, Nizami Gəncəvinin isə farsca əsərlərin müəllifi kimi tanıdığını bəyan etmişdi.

Araşdırmaçı yazar “Sarı Gəlin” mahnısı haqda da danışıb: “Hər millət Sarı Gəlin mahnısını oxuyursa, onu mənimsəyirsə, duyğularını bu mahnıyla ifadə edirsə, bu mahnı o millətin mahnısı olar. Ermənilər də “Sarı Gəlin” mahnısını mənimsəyə bilər, digər millətlər də. Bizdə də simfoniya və opera yoxuydu, bunlar Qərbindir. Ancaq biz də simfoniyalar və operalar yaratmışıq.”

Roman, tarix analizi və tərcümələrdən ibarət olan Bakıda çap olmuş bir çox kitabın müəllifi Güntay Gəncalp bu növ münaqişələr əvəzinə yaradıcılıq uğrunda çalışmağı tövsiyə edir. Onun dediklərinə görə, yaradıclıq olursa, yeni əsərlər ortaya çıxarsa millətin belə dartışmalara ehtiyacı qalmaz.

“Bizim toplumda sənət əsərlərinin ortaya çıxması üçün fədakarlıq lazimdir... Toplumumuzun ana dilində yazmaqda təcrübəsi yoxdur, Türkcəni öyrənəndə də farscanın qrammatikası üzərində öyrənir. Millətimiz türk dilində oxumaq, yazmaq və düşünməyə alışmalıdır. Bu, isə fədakarlıq tələb edir,” deyə o, əlavə edib.
XS
SM
MD
LG