Human Rights Watch: İlqar Məmmədov və Tofiq Yaqublu fərqli düşüncənin boğulması kampaniyasının qurbanlarıdır

Human Rights Watch

Hüquq müdafiə təşkilatı İlqar Məmmədov və Tofiq Yaqublu həbsdən azad edilməsini tələb edir
Azərbaycan hakimiyyəti İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunan iki müxalifət liderini məhkəməyə qədər dərhal azad etməlidir, bu barədə Human Rights Watch-un bəyanatında deyilir.

Hakimiyyət ya İlqar Məmmədov və Tofiq Yaqubluya qarşı irəli sürülmüş ittihamları sübut etməli, ya da onları geri götürməlidir.

43 yaşlı məşhur politoloq və ReAl (Respublikaçı Alternativ) müxalifət qrupunun sədri İlqar Məmmədov 9 oktyabr seçkilərində prezidentliyə namizəd olmağı planlaşdırırdı.
52 yaşlı Tofiq Yaqublu müxalif Müsavat Partiyasının sədr müavini və müxalif “Yeni Müsavat” qəzetinin icmalçısıdır.

“Ötən il Azərbaycan hakimiyyəti rəqiblərini görünməmiş şəkildə susdurmağa başlayıb”, deyə HRW-nin Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.
“İlqar Məmmədov və Tofiq Yaqublu bu fərqli düşüncənin boğulması kampaniyasının qurbanlarıdır”.

Son aylar onlarla siyasi fəal həbs edilib və saxta ittihamlarla həbs edilib.

Məmmədov və Yaqublu İsmayıllıda bir neçə saat vaxt keçirib, sakinlərlə söhbət edib, lakin bu, hakimiyyətə onları iğtişaşların təşkilində ittiham etmək üçün əsas verib. Onlar təqsirli bilinərsə, 12 ilədək həbs oluna bilərlər.

“Məmmədovun və Yaqunlunun təqsirinin heç bir sübutu təqdim edilmədiyi üçün hər ikisi məhkəmə yekunlaşana qədər həbsdən azad edilməlidirlər”, deyə HRW-nin bəyanatında bildirilir.

HRW hər iki təqsirləndirilən şəxsi vicdan məhbusu kimi tanıyıb.