İran prezidenti Azərbaycana səfər edəcək

Prezident İlham Əliyev və İran prezidenti Həsən Ruhani

Noyabrın ortalarında İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Turan agentliyinə bildiriblər.

Hazırda səfər proqramının detalları dəqiqləşdirilir.

Bu Həsən Ruhanin Azərbaycana ilk səfəri olacaq. Azərbaycan prezidenti İlham Əliyev bu ilin aprelində Iranda rəsmi səfərdə olub. O zaman İran prezidenti Azərbaycana yaxın vaxtlarda səfər edəcəyini bildirib.