Hizbullah lideri İrandan hərbi yardım aldığını etiraf etdi

  • Amerikanın səsi

Hizbullah lideri İrandan hərbi yardım aldığını etiraf etdi

Hezbullah lideri Həsən Nəsrallah ilk dəfə olaraq rəhbərlik etdiyi qurumun İrandan maliyyə və hərbi yardım aldığını etiraf edib. İndiyədək Hezbullah İranı rüsvay etməmək üçün İslam Respublikasından yalnız siyasi və mənəvi dəstək aldığnı deyirdi.

“Bəli, Hezbullah olaraq biz 1982-ci ildən bəri İran İslam Respublikasından hər bir formada mənəvi, siyasi və material dəstək almışıq,” deyə Nəsrallah bildirib.

Birləşmiş Ştatlar Hezbullahı terror təşkilatı hesab edir və uzun müddət İranı müttəfiqi Suriya vasitəsilə bu quruma yardım etməkdə günahlandırıb. Militant qrup İsrailə qarşı 1982-ci ildən bəri vuruşur. Həmin ildə İsrail qüvvələri fələstinli militantların sərhəddən hücumlarını dayandırmaq üçün Livanı zəbt etmişdilər.