“Düşmən qarşısında yekə-yekə danışmaqla iqtisadi problemləri həll etmək mümkün deyil”, prezident qeyd edib
İranın yeni seçilmiş prezidenti Həsən Ruhani iyulun 14-də deputatlarla görüşündə ölkənin iqtisadi durumundan gileylənib.
“Media forum” saytının məlumatına görə, Həsən Ruhani İran prezidenti Mahmud Əhmdinejadın adını çəkməsə də, dolayı yolla onun hökumətinin iqtisadi siyasətini tənqid edib/
“Son illərdə ölkə parlamentinə hörmətsizlik olub. Parlamentin hörməti özünə qaytarılmalıdır. Yeni hökumət nə parlamentlə üz-üzə duracaq, nə də düzgün olmayan statistik rəqəmlərlə onu aldatmağa çalışacaq”.
Həsən Ruhani deyib ki, ölkənin indiki iqtisadi durumu çox ağır və mürəkkəbdir.
“Bu mürəkkəbliyin bir hissəsi ölkədə yürüdülən səhv iqtisadi siyasətə, bir hissəsi də xarici təzyiqlərə görədir. İran-İraq müharibəsindən sonra ilk dəfədir ki, bizim iqtisadi inkişafımızın göstəriciləri mənfidir. İki ildir vəziyyət belədir. İqtisadi inkişafın mənfi göstəriciləri ilə yanaşı ölkə yüksək inflyasiya ilə də üz-üzə qalıb. Bu gün İran istər bölgədə, istərsə də dünyada ən yüksək işsizlik və inflyasiyanı sınaqdan çıxarır.
Ölkədə 4 milyon tələbə var. Əgər indiki mənfi iqtisadi durum davam etsə, dörd ildən sonra ölkədə 4-5 milyon işsiz məzunumuz olacaq. Son səkkiz ildə ölkədə aparılan rəsmi təbliğata baxmayaraq işlə təmin edilənlərin sayı qat-qat azdır. Belə ki, hər il uzaqbaşı 14 min nəfər işlə təmin edilib. Güman edirəm ki, düşmən qarşısında yekə-yekə danışmaqla ölkədəki iqtisadi problemləri həll etmək mümkün deyil. Düşmən qarşısında oturub fikirləşmək, tədbir görmək lazımdır. Yekə-yekə danışmaq gözəl görünə bilər, lakin bununla kifayətlənmək olmaz”.