Yanvarda 7 nəfər hərbçi ölüb

Əsgər ailəsi

11 nəfər isə yaralanıb
2014-cü ilin yanvar ayında Aərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli bildirib ki, ötən müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyalarını dəyişənlərin 2-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir. 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 6-ı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (11 nəfər), onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 2-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıb. 10 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb