Azərbaycan hərbçiləri təlimlərdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən iştirak edəcək
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən bu il iyulun 15-dən avqustun 4-dək Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri “Qara Dəniz Rotasiya Qüvvələri 2013” səhra şəraitində taktiki təlimlərdə iştirak edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimlər Bolqarıstanın Novo Selo məntəqəsində keçiriləcək.
Müdafiə Nazirliyindən Turana bəlli olub ki, təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin tam təchizatlı 200 nəfərlik qüvvəsinin iştirakı planlaşdırılır.