Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib.
Vəkil Cavad Cavadovun yaydığı məlumata görə, məhkəmə birinci instansiya məhkəməsinin 3 aylıq həbs qərarını qüvvədə saxlayıb.
Leyla Yunus CM-in 274 (dövlətə xəyanət), 213 (vergi ödənişindən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (sənədlərin saxtalaşdırılması), 178.3.2 (böyük ölçüdə fırıldaqçılıq) maddələri ilə ittiham olunur.
Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəlcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da , sonradan avqustun 5-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd edir.
Amnesty İnternational Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.