Mirqədirov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir
Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayəti təmin olunmayıb.
Vəkil Fuad Ağayevin Amerikanın Səsinə verdiyi məlumata görə qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
Rauf Mirqədirov son illərdə ailəsi ilə birgə Türkiyədə yaşayıb. Türkiyə baş naziri Ərdoğanın Azərbaycana səfərindən bir neçə gün sonra, aprelin 17-də onun akreditasiyası səbəb göstərilmədən ləğv edilib.
Mirqədirov Türkiyədə saxlanıb aprelin 19-da təyyarə ilə Azərbaycana göndərilib. Elə həmin gün Bakı Hava limanında jurnalist saxlanıb və aprelin 21-də dövlətə xəyanətdə şübhəli şəxs qismində barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
O Ermənistanın xeyrinə casusluqda günahlandırılır və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.
Mirqədirov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir.