Həbib Sasaniyan 5 aydır mühakiməsiz həbsdədir

Həbib Sasaniyan

5 ay öncə casusluq ittihamı ilə Şərqi Azərbaycan vilayətində nəzarət altına alınmış Ərdəbilli fəal Həbib Sasaniyanın bu günədək mühakimə olunmadan Təbriz Mərkəzi Zindanında saxlandığı bildirilir.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi bu məlumatı məhbusun yaxınlarına istinadən yayıb.

HRA-nın yazdığına görə, “nəzarətə alındıqdan əvvəl səhhətində hər hansı bir problemi olmayan Sasaniyan, ailəsinə istinadən, hazırda bədəninin müxtəlif nahiyələrində ağrılar çəkməkdədir.”

Keçən iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yayıb.

Həbib Sasaniyanı yaxından tanıyan yazar Əqil Azərdoxt bu yaxınlarda Amerikanın Səsinə müsahibədə Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və türk dilində şeirlər və məqalələr yazdığını qeyd edib.

Nəzarət altına alınanlardan Həbib Sasaniyan Təbriz zindanına göndərilərkən, digərlərinin bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxıldığı bildirildi.