Kəndlərdə uşaqlara kitab paylayan tarix müəllimi [Audio-Müsahibə]

Həbib Əlizadə

Velosipedlə Astaranın kəndlərini bir-bir gəzərək uşaqlara kitablar paylayan tarix müəllimi Həbib Əlizadə Amerikanın Səsinə müsahibə verib

Your browser doesn’t support HTML5

Velisopedlə kəndləri gəzərək uşaqlara kitab paylayan tarix müəllimi


26 yaşlı Həbib Əlizadə Lənkəranın Gəgirən kəndində tarix müəllimi olaraq fəaliyyət göstərir. Bir neçə ay öncə fərqli tədris üsulu seçərək, rep musiqi ilə əyləncəli şəkildə tarix dərsi keçməsi sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.

Bu dəfə isə hobbisi velosiped sürmək olan Həbib müəllim ona hədiyyə olunan test və ya digər kitabları məktəblilərə özü paylamaq qərarına gəlib. Tarix müəllimi kitabları çantasına yığaraq, Astaranın ayrı-ayrı kəndlərinə velosipedlə gedib, oradakı uşaqlara kitablar paylayır. 26 yaşlı tarix müəlliminin sözlərinə görə, bunu məktəblilərin yay tətili boyunca dərslərdən, kitablardan uzaq qalmaması və onların bu tətili daha maraqlı dəyərləndirməsinə yardımçı olmaq üçün edir.

Your browser doesn’t support HTML5

Həbib Əlizadə kəndləri gəzərək uşaqlara kitab paylayır

Həbib Əlizadə onu da bildirib ki, daha çox məktəbliyə kitab paylaya bilsin deyə gedəcəyi kəndlərdəki tanıdıqlarına əvvəlcədən zəng edib, uşaqlara xəbər verməklərini xahiş edir.

Paylanılan kitabların daha çox qısa həcmli test kitabları olduğunu qeyd edən Həbib müəllim, bunda əsas məqsədin məktəblilərin yay boyunca keçdikləri dərsləri təkrarlaması olduğunu bildirib. Bundan əlavə orta və yuxarı sinif şagirdləri üçün hekayə və nağıl tipli kitablar da paylanılır.

Artıq bir həftədir velatur vasitəsilə uşaqlara kitab paylayan Həbib müəllim 6 kəndə getdiyini, lakin bu tura sentyabra qədər davam edəcəyini bildirib. Onun sözlərinə görə, növbəti həftələrdə dağlıq kəndlərə də səyahət etməyi və uşaqlara kitab paylamağı planlaşdırır.

Your browser doesn’t support HTML5

Həbib Əlizadə kəndləri gəzərək uşaqlara kitab paylayır

Gələcəkdə bu ideyasını genişləndirib, şəbəkə yaradaraq ölkənin digər rayonlarındakı məktəblilərə də kitab paylamağı arzulayan Həbib Əlizadə, başqa rayonlardakı müəllimləri və intellektual gəncləri də bu layihəyə qoşulmağa çağırıb.