Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub

Həsən Dəmirçi

Tanınmış güneyli milli fəal və musiqi ustadı Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub.

Öyrənci Səsi və “Azoh” web saytlarının yazdıqlarına görə, Həsan Ağa Dəmirçi (Azərbaycan) dəfələrlə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb, lakin bu dəfə fəalın ölkədən çıxışı yasaqlanıb.

Həsən bəy Dəmirçi yanvar ayında Bakı səfərindən döndükdə pasportu təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunmuşdur.

O, pasportunun zəbt olunma səbəbini oyrənmək üçün dəfələrlə səlahiyyətli orqanlara müraciət edib və bu barədə izahat tələb edib. Ettelatı-ın Təbriz şöbəsinin məsulları uzun müddət Dəmirçinin tələbi qarşısında səssiz qaldıqdan sonra nəhayət ki, azərbaycanlı fəala cavab veriblər.

Məmurların cavabına görə, bir sonrakı məlumata qədər İran Ettelaat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub və artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır.

Məlumata görə, Tehran prokurorluğu və Ettelaat Nazirliyinin mərkəzi ofisinə dəfələrlə müraciət edildikdən sonra hələ də bu qanunsuz qərarla bağlı heç bir izahat verilməyib.