Accessibility links

“Həsən Dəmirçi ardıcıl şəkildə Ettelaata çağırılır”


Həsən Dəmirçi
Həsən Dəmirçi

Tanınmış təbrizli musiqiçi və musiqi müəllimi Həsən Dəmirçinin son vaxtlar mütəmadi olaraq Ettelaat idarəsinə çağırılaraq İran təhlükəsizlik qurumunun təhdid və təzyiqlərinə məruz qaldığı bildirilir.

Bu barədə məlumat yayan Güney Azərbaycan TeleviziyasıAraz News veb səhifəsinə bildirir ki, son vaxtlar dəfələrlə qanunsuz olaraq Ettelaat idarəsinə çağırılan tanınmış ustaddan prezident Ruhaninin Təbriz səfərindən bir gün öncə də təhlükəsizlik qurumuna getməsi tələb edilib.

Günaz TV-nin məlumatına görə, təhlükəsizlik məmurları Həsən Dəmirçidən öz nüfuzundan istifadə edərək milli fəalların prezidentin nitq söyləyəcəyi mərasimə qatılmalarına mane olmasını istəyib.

“Cənab Dəmirçi isə yalnız musiqi sahəsində fəaliyyət göstərdiyini və bu kimi siyasi məsələlərlə maraqlanmadığını bildirərək qanunsuz çağırışlara kəskin etirazı bildirib” - deyə TV-nin veb səhifəsi qeyd edib.

Milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs, təqib və təhdidlərlə üzləşib, musiqi mərkəzinin qapadılması kimi basqılara məruz qalan Həsən Dəmirçi İran Azərbaycanından başqa Türkiyə və Avropada keçirilən müxtəlif mərasimlərdə öz musiqi qrupu ilə birlikdə sənətini nümayiş etdirib. “Muğam; öyrəncilər üçün” kitabının müəllifi həmçinin Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarında iştirak edib.

XS
SM
MD
LG