“Hakimiyyət başa düşür ki, Azərbaycan sosial partlayışın ərəfəsindədir”

Nahid Cəfərov

Oyan hərəkatının idarə heyyətinin üzvü Nahid Cəfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycan hökümətinin virusa qarşı mübarizə strategiyası və polisin asayişi qoruma mexanizmləri haqqında danışıb.

Your browser doesn’t support HTML5

“Hakimiyyət başa düşür ki, Azərbaycan sosial partlayışın ərəfəsindədir”

Siyasi fəalın sözlərinə görə, Azərbaycan hakimiyyəti neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və koronavirusun ölkəyə daxil olmasıyla birlikdə aldığı zərbəyə qarşı nə edəcəyini bilmir.

Azərbaycan polisi asayişi qorumaq üçün ancaq dubinkaya əl atmağı çıxış yolu kimi görür

“Hakimiyyət isə bu zərbəyə qarşı nə edəcəyini və necə edəcəyini bilmir. Çünki, hakimiyyətin əzbərlədiyi bir mexanizm var, bu da adətən brokratik siyasətlə həyata keçirilir. 30-40 minlik polis qüvvəsinin son 30 ildə əzbərlədiyi bir qayda var ki, nəyin bahasına olur-olsun asayişi qorumaq lazımdır. Bunlar fikirləşirdilər ki, bu mexanizmi hər cür şəraitə tətbiq eləsək bu uğurlu alınacaq. Azərbaycan polisi fərqli mexanizmlərə öyrəşməyib və belə bir təcrübəsi yoxdur. Onlar asayişi qorumaq üçün ancaq dubinkaya əl atmağı çıxış yolu kimi görürlər. Buna görə də onlar xalqa qarşı bu cür sərt əməliyyatlara başladılar. Bunula da özlərinin idarəetmə mexanizmini və ya hakimiyyətin virusa qarşı mübarizə strategiyasını çılpaqlığı ilə ortaya qoydular.”

Nahid Cəfərovun bildirir ki, Yasamal rayonunda yaşanan hadisədən sonra insanların reaksiyasının spontan olmasına baxmayaraq polis müəyyən qədər geri çəkilməli oldu.

Əgər xalq əvvəl polisə inanmırdısa indi artıq ölkədə polisə qarşı nifrət var.

“Hakimiyyət bir şeyi başa düşür ki, Azərbaycan sosial partlayışın ərəfəsindədir. Hökümətin az da olsa geri çəkilməsinə səbəb insanların reaksiyası deyil, bu hadisənin böyük sosial partlayışa səbəb ola biləcəyi idi.

Hakimiyyət bugünə qədər belə bir böhranla üzləşməmişdi. Buna görə də hakimiyyət müəyyən qədər ətalətlə gedirdi. Çox kiçik məbləğdə pullar müəllimlər, həkimlər və digər dövlət qulluqçuları ilə iqtisadiyyata daxil olurdu və iqtisadiyyat çox bəsit formada hərəkətə gəlirdi. İndi isə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və koronavirusa görə bu prosses baş vermir. Belə böhran vəziyyətində isə hakimiyyət səhv qərarlar verərək xalqla toqquşmaya getdi. Xalqla hakimiyyət arasında bu günə qədər bu dərəcə böhran olmamışdı. Bu böhran çoxaldıqca, aradakı boşluq genişləndikcə və polis də hakimiyyət tərəfdə yer aldığına görə artıq Azərbaycan xalqı bu polisi öz qarşısında görür. Əgər xalq əvvəl polisə inanmırdısa indi artıq ölkədə polisə qarşı nifrət var.”

Qanunların polis üçün işlədiyi bir cəmiyyətdə vətəndaş qanunsuzluğa qarşı öz etirazını necə bildirməlidir?

Cənab Cəfərov qeyd edir ki, insanların polisin üstünə zibil atması bir vətəndaş etirazı idi və plisin bu etiraza cavab olaraq evə girməsi, insanları tutması qanunsuz idi.

“Vətəndaş hətta cinayətkar belə olsa məhkəmə qərarı olmadan polis onun evinə girə bilməz. Çünki, vətəndaşın mülkiyyət toxunulmazlığı var. Heç kim bir vətəndaşın sahib olduğu mülkiyyətə özbaşına, məhkəmə qərarı olmadan toxuna bilməz.

Polisin başına zibil atmaq isə vətəndaşın etiraz formasıdır. Vətəndaş polisin qanunsuz əməlinə etiraz edir. Bütün qanunların polis və ondan yuxarıdakılar üçün işləyən bir cəmiyyətdə vətəndaş qanunsuzluğa qarşı öz etirazını necə bildirməlidir?”

SEE ALSO: Rusiya sərhədində gözləyən azərbaycanlılar aksiya keçirib, polis atəş açıb, saxlanılanlar var

İki aydır Azərbaycan_Rusiya sərhədində ölkəyə buraxılmağı gözləyən insanlarla Rusiya polisi arasında baş verən qarşıdurmaya münasibət bildirən Nahid Cəfərov deyir ki, dövlət srhəddə qalan vətəndaşlarına sahib çıxmalıdır.

Azərbaycan hakimiyyəti Rusiya sərhədində qalan yüzlərlə vətəndaşına sahib çıxmır.

“Baş verən hadisələrin səbəbi tam bilmək olmasa da fakt budur ki, Azərbaycan hakimiyyəti Rusiya sərhədində qalan yüzlərlə vətəndaşına sahib çıxmır. Bu insanlara sahib çıxmaq üçün də Azərbaycana cəmi 4-5 avtobus göndərmək, o insanları ölkəyə gətirib, karantinə almaq lazımdır. Bu qədər bəsit və bu qədər asan bir prossesdir. Amma görünən odur ki, öz vətəndaşının taleyi Azərbaycan hakimiyyətinin vecinə deyil. Bu da onu göstəriri ki, Azərbaycan hakimiyyətində bu böhranı idarə edə biləcək, düzgün qərar verə biləcək güc və mexanizm