Gəlin fatası şəlaləsinə səfər

Your browser doesn’t support HTML5

Yosemite vadisinə səfərimiz davam edir. Növbəti dayanacağımız vadinin ikonik şəlalərindən biri olan Bridal Veil (Gəlin fatası) şəlaləsinədir. 189 metr hündürlükdən tökülən bu şəlalə külək əsən zaman suyunun dənəciklər halında yana saçraması nəticəsində gəlin fatasını xatırlatmağı ilə məşhurdur.