Gürcüstan parlamenti Azərbaycan kreditini təsdiq edib

Gürcüstan parlamenti Azərbaycan kreditini təsdiq edib

Gürcüstan Parlamenti çərşənbə axşamı Azərbaycanla yeni Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin başa çatdırılması üçün Gürcüstana əlavə 575 milyon ABŞ dolları həcmində uzunmüddətli kredit ayrılması haqqında sazişi təsdiq edib.

Kredit Marabda-Karsaxi dəmiryolu üçün ayrılıb. Bu məqsədlə 2007-ci ildə dövlət şirkəti yaradılıb və regional dəmiryolu layihəsinin Gürcüstan hissəsinə nəzarət edir.
2007-ci ildə Azərbaycan Gürcüstana dəmiryolunun Gürcüstan hissəsinin tikintisinin və bərpasının maliyyələşdirilməsi üçün artıq 200 milyon dollar ayırmışdı. Kreditin ümumi həcmi 775 milyon dollar təşkil edir. Kredit dəmir yolunun istismarından əldə olunan vəsait hesabına ödəniləcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Gürcüstan, Azərbaycan və Türkiyə arasında beynəlxalq saziş əsasında həyata keçirilir.