Accessibility links

Tomas de Vaal Karnegi Fondunda “Gürcüstanın Seçimi: ” adlı hesabatını açıqlayıb


Tomas de Vaal Karnegi Fondunda “Gürcüstanın Seçimi: ” adlı hesabatını açıqlayıb
Tomas de Vaal Karnegi Fondunda “Gürcüstanın Seçimi: ” adlı hesabatını açıqlayıb

Expert ölkədə rüşvətxorluqla mübarizə məsələsi barədə isə deyib ki, “Gürcüstanda yol polisinin rüşvətxorluğunun aradan qaldırılması uğurlu addımdır, amma bununla yanaşı qeyd etmək lazımdır ki, polis qüvvələrinin sayı həddindən artıqdır”.

ABŞ –ın paytaxtı Vaşinqtonda, Karnegi Sülh Fondunun toplantısında Qafqaz üzrə Böyük Britaniyalı ekspert Tomas de Vaalın “Gürcüstanın Seçimi" adlı hesabatının təqdimat mərasimi keçirilib. Thomas De Vaal hesabatı tanıtmaq məqsədi ilə təşkil olunan tədbirdə etdiyi çıxışında Gürcüstanda demokratiyanın vəziyyətindən danışıb, bildirib ki, ümumən Gürcüstanda media Ermənistana və Azərbaycana nisbətən daha azad olsa da, problemlər mövcuddur. Ekspert ölkə haqda hesabatları misal gətirib, bildirib ki, Gürcüstanın üç əsas telekanalı prezident Saakaşvilinin siyasətini açıqca dəstəkləyir və onun fikrincə, bu daha çox həmin telekanalların maliyyələşməsi ilə bağlı məsələdir. Ekspert bildirib ki, telekanalları maliyyələşdirən şirkətlərin şəffaflığı və reklamın bir şirkətin əlində cəmləşməməsinə fikir vermək lazımdır, əks halda, seçkilər vaxtı obyektivlik problemi yaranır.

Expert ölkədə rüşvətxorluqla mübarizə məsələsi barədə isə deyib ki, “Gürcüstanda yol polisinin rüşvətxorluğunun aradan qaldırılması uğurlu addımdır, amma bununla yanaşı qeyd etmək lazımdır ki, polis qüvvələrinin sayı həddindən artıqdır”.

De Vaal Gürcüstanın Avropa ilə münasibətlərinə də toxunub, bildirib ki, Gürcüstanda Avropa Birliyinin bayrağının bir çox yerlərdə görünməsi hətta belə bir rəy yarada bilər ki, ölkə Birliyin üzvüdür, üstəlik, rəy sorğularına görə, gürcülərin beşdə biri hesab edir ki, ölkə artıq Avropa Birliyindədir. Onun fikrincə, bu, qeyri-real yanaşmadır və Gürcüstan həm iqtisadi, həm də demokratik islahatlar baxımından Avropa Birliyi ölkələrinə, məsələn, Estoniyaya çatmaq üçün xeyli yol getməlidir.

De Vaal Gürcüstandakı iqtisadi vəziyyətə də toxubub, deyib ki, ölkədə iqtisadi problemlər yetəri qədərdir: “Biz bu il ölkədə inflyasiyanın müşahidə etdik, ərzaq bazarında inflyasiya 30 faizə qədər oldu. Qeyd edim ki, Gürcüstan bu ərzağın böyük hissəsini xaricdən idxal edir.Mən bu kitabda altı mühüm iqtisadi məsələyə yer ayırmışam. İşsizlik də Gürcüstanda mühüm problemdir və 39 faiz əhalini əhatə edir. Göründüyü kimi, iqtisadi problemlər bu ölkədə çox aktualdır”, deyə De Vaal bildirib.

Ekspert xatırladıb ki, 2010 –cu ildə keçirilmiş rəy sorğusunda iştirak edənlərin 25 faizi bildiriblər ki, ərzaq üçün kifayət qədər pul tapmırlar, 42 faiz iştirakçı isə deyib ki, yemək üçün pulları olsa da, geyim ala bilmirlər: “Bu da onu göstərir ki, uğurlarına baxmayaraq, hökumətin siyasətində hələ də problemlər mövcuddur”.

De Vaal hesab edir ki, Gürcüstanda idarədəetmə siyasətinin ciddi şəkildə zəif olduğu sahələrdən biri də kənd təsərrüfatıdır. Məhsul yığımı faizi getdikcə aşağı düşür. Baxmayaraq ki, gürcülərin 52 faizi kənd yerlərində yaşayır, bu sahədən gələn gəlir ÜDM –də cəmi 9 faiz təşkil edir.

Tomas De Vall həmçinin ölkədəki inhisarlardan da danışıb, bildirib ki, dərman vəsaitləri, ərzaq, mini-avtobus, benzinin qiyməti məhz inhisarlara görə normadan yüksəkdir.

Vaşinqtonda Tomas de Vaal “Gürcüstanın Seçimi” adlı hesabatını açıqlayıb

Ekspert azadıqlar, iqtisadiyyat, inhisarçılıq, telekanalların maliyyəsində şəffaflıq, reklam gəlirləri və mediada obyektivlik məsələlərinə toxunub

XS
SM
MD
LG