Prokuror Gülər Əhmədovaya 4 il həbs istəyib [Video-müsahibə]

Gülər Əhmədova

Sabiq deputatın vəkili Əfsər Talıbovun Amerikanın Səsinə verdiyi müsahibədə müdafiə etdiyi şəxsin təqsirli olmadığını deyir

Your browser doesn’t support HTML5

Prokuror Gülər Əhmədovaya 4 il həbs istəyib (yenilənib)


Prokuror keçmiş deputat Gülər Əhmədovaya cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə 4 il həbs istəyib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir. O, bu il fevralın 13-də həbs olunub.

*******
Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın işi üzrə məhkəmə prosesi davam edib.

Bu günkü prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O bildirib ki, məhkəməyə Beynəlxalq Universitetin Fransada mühacirətdə olan keçmi rektoru Elşad Abdullayevlə G.Əhmədova arasında mandat alverinin qeydə alındığı videoçarxın tam versiyası təqdim olunmayıb.

“Elşad Abdullayev qanunu pozaraq Gülər Əhmədovanın haqqında yalan məlumat verib”, - vəkil bildirib. O, məhkəmədən xahiş edib ki, mediada şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilsin. Həmçinin ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın.

Sonra fasilə elan olunub. Günün ikinci yarısında dövlət ittihamçısının çıxış edəcəyi gozlənilir.