Glacier Milli Parkına doğru

Your browser doesn’t support HTML5

Nyu Meksika ştatından başlayaraq Kanadaya qədər uzanan Rocky dağlar silsiləsinin ən maraqlı hissələrindən biri də Glacier Milli Parkının ərazisinə düşür. Şəffaf gölləri, buzlarla örtülü zirvələri və vəhşi təbiəti ilə bu park il ərzində minlərlə ziyarətçini özünə cəlb edir. Ekstrim hava şəraitinə görə iyun ayının sonundan oktyabr ayına qədər fəaliyyətdə olan bu parkı kəşf edə bilmək üçün yalnız bir avtomobil yolu mövcuddur. Milli Parklara səfərimin növbəti dayanacağı da məhv Glacier Milli parkı oldu.