Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Amerikanın Səsinə müsahibədə ABŞ-da keçirdiyi görüşlər və Azərbaycanda demokratiyanın ümumi durumu haqda fikirlərini paylaşıb. Cənab Əliyev Nyu York və Vaşinqton şəhərlərində Cənubi Qafqaz üzrə ekspertlər və dövlət rəsmiləri ilə görüşdüyünü bildirdi. ABŞ-a gəlişində başlıca məqsədin Azərbaycandakı siyasi əhval-ruhiyyə haqda real təsəvvürü çatdırmaq olduğunu deyən Fuad Əliyev xalq arasında narazılığın yüksək həddə olduğunu bildirdi. Onun sözlərinə görə Azərbaycanda söz və toplaşma azadlıqlarının pozulması vəziyyətin gərginləşməsinə gətirib çıxarıb. İctimai Palatanın keçirdiyi mitinqləri şərh edən cənab Əliyev etiraz nümayişlərinin şəhərin mərkəzində keçirilməsini məqsədəuyğun hesab etdiyini söylədi.