Fransa Türkiyəni genosid qanununa ifrat reaksiya verməməyə çağırır

  • Amerikanın səsi

Fransa Türkiyəni genosid qanununa ifrat reaksiya verməməyə çağırır

Fransa Senatı təqribən yüz il öncə türklərin erməniləri kütləvi qətlə yetirməsini inkar etməyi kriminallaşdıran qanun qəbul edib.

Fransa parlamentinin aşağı palatası qanunu ötən ay qəbul etmişdi. Prezident Nikola Sarkozinin qanunu yaxın günlərdə imzalayacağı gözlənilir.

Qanuna əsasən ermənilərin Osmanlı türkləri tərəfindən öldürülməsinin genosid olduğunu inkar edən şəxs 60 min dollar məbləğində cərimələnə və bir ilədək həbs cəzasına məhkum edilə bilər.

Türkiyə Fransa senatının qərarını böyük ədalətsizlik adlandıraraq bu addımı türk dövlətinə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Ermənistan xarici işlər naziri Eduard Nalbandyan qanunun qəbul olunduğu günün insan haqları tarixinə qızıl hərflərlə yazılacağını bəyan edib.

Fransa xarici işlər nazirliyi Türkiyəni qanuna ifrat reaksiya verməməyə çağırıb. Yayılan bəyanatda Türkiyənin Fransanın “çox mühüm müttəfiqi” olduğu deyilir.