Əfqanıstanın Qəndəhar şəhərinin meri kamikadze hücumunun qurbanı olub. Qulam Heydər Həmidinin qətlinin məsuliyyətini Taliban üzərinə götürüb. Taliban hücumun iki uşaq və bir qadının qeyri-qanuni tikililərin dağıdıldığı vaxt həlak olmasının intiqamı adlandırıb. Şahidlərin dediyinə görə, Həmidi torpaq iddialarına dair mübahisələrlə bağlı görüş zamanı öldürülüb. Yerli rəsmilər bombanı turnbanında gizlədən hücumcünun kimliyini müəyyən etməyib. Həmidi bundan əvvəl daha bir sui-qəsddən xilas olmuşdu. Onun qətli prezident Karzayın müşavirinin öldürülməsindən bir həftə sonraya təsadüf edir. Bir ay əəvəl prezidentin qardaşının cüngüdəni güllə ilə vurulub öldürülmüşdü.