Accessibility links

Əfqanıstanın Mərkəzi Bankının rəhbəri ölkədən qaçıb


Əfqanıstanın Mərkəzi Bankının rəhbəri ölkədən qaçıb
Əfqanıstanın Mərkəzi Bankının rəhbəri ölkədən qaçıb

Əfqanıstanın Mərkəzi Bankının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini və ölkədən qaçdığını bildirib.

O, ölkənin ən böyük bankı olan Kabil Bankın da cəlb olunduğu korrupsiya qalmaqalının təhqiqatında iştirak etdiyi üçün həyatı üçün təhlükədən qorxduğunu deyib.

ABŞ paytaxtı Vaşinqton yaxınlığında müsahibə verən Əbdül Qədir Firfat deyib ki, o, həyatı ciddi təhlükədə olduğu üçün ölkədən qaçıb.

Əfqanıstan prezidenti Həmid Karzayın sözçüsü Vahid Ömər dünən axşam deyib ki, Firfat istefası barədə rəsmiləri xəbərdar etməyib və yəqin ki, Kabil Bankın uğursuzluğuna gətirib çıxaran qalmaqala görə məsuliyyət daşıyır.

Kabil Bank 900 milyon dollardan çox pul itirib. Şübhəli kreditlər, qohumbazlıq və idarəçiliyin düzgün olmaması səbəbilə bank keçən il tamamiləmüflis olmaq təhlükəsi qarşısında idi.

XS
SM
MD
LG