İnsan haqları müdafiəçiləri Əfqanıstanda pis rəftara məruz qalmaqdan və zorla ərə verilməkdən boyun qaçırdıqlarına görə 400 qadının həbsxanada cəza çəkdiyini deyir.
Hesabatda deyilir ki, çəkidkləri məşəqqətlərdən yaxa qurtarmağa çalışan qadınlar həyat yoldaşlarına xəyanətdə ittiham edilərək mənəvi cinayət adı altında həbsə alınır. Onlara qarşı təhqiramiz münasibət göstərən insanlar isə azadlıqda gəzir.
İnsan haqları müdafiəçiləri 58 qadın və qızla müsahibə aparıb. Evlərinə kişi dəvət etdiyinə görə bir qadının ərinin onun başı, sinəsi və qoluna vintaçanla bir neçə dəfə xəsarət yetirdiyi deyilir.
Hesabatda deyilir ki, Taliban bölgəyə nəzarəti itirdikdən sonra Əfqanıstanda qadın hüquqlarının qorunmasında əsaslı dəyişikliklər olub. Lakin qrup əfqan məhkəmə-ədalət sisteminin işləmədiyini vurğulayıb.