Bu gün boma hücumu nəticəsində Əfqanıstanda NATO-nun daha iki əsgəri qətlə yetirilib
NATO ölkə boyu həyata keçirilən hücumlar nəticəsində 10 işçisinin qətlə yetirilməsindən bir gün sonra, bu gün boma hücumu nəticəsində Əfqanıstanda daha iki əsgərin öldürüldüyünü bildirib. Dünən ölkənin cənub və şərqindəki hücumların 7 Amerika, 1 Fransa və 2 Avstraliya əsgərinin ölümləri ilə nəticələndiyi deyilir. Dünən bu il Əfqanıstandakı beynəlxalq qüvvələrin ən çox itki verdiyi gün olub. Dünən eləcə də Qəndəhar vilayətində Talibanın həyata keçirdiyi intiharçı hücumu nəticəsində iki amerikalı və bir nepallı polis təlimçisi qətlə yetirilmişdir.